hia.az

Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT

269 dəfə baxılıb 18-01-2022, 13:07

Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.

Parlamentinsesi.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev idi. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi