hia.az

Moskva və Ankara beynəlxalq arenada koordinasiyanı gücləndirmək barədə razılığa gəlib

2 dəfə baxılıb Bu gün, 14:14

Moskva və Ankara beynəlxalq arenada koordinasiyanı gücləndirmək barədə razılığa gəlib

Rusiya və Türkiyə ticari-iqtisadi və energetika sahələrində əməkdaşlığı fəallaşdırmağı, əsas ikitərəfli layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirməyi planlaşdırırlar.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) iki ölkənin XİN rəhbərləri Sergey Lavrov və Hakan Fidanın Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Görüşü çərçivəsində keçirilən görüşünün yekunlarına əsasən bildirilib.

"Əsas ikitərəfli layihələrin həyata keçirilməsinin gedişinə xüsusi diqqət yetirilməklə ticari-iqtisadi və energetika sahələrində əməkdaşlığın intensivləşdirilməsi ilə bağlı aktual vəzifələr ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.

Nazirlər həmçinin Rusiya və Türkiyənin beynəlxalq arenada, o cümlədən Rusiya-Ukrayna münaqişəsinin nizamlanması məsələsində fəaliyyətlərinin koordinasiyasının vacibliyini təsdiq ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi