hia.az

Sabah Bakıda hava çiskinli olacaq

5 dəfə baxılıb Bu gün, 12:23

Sabah Bakıda hava çiskinli olacaq


Bakıda və Abşeron yarımadasında oktyabrın 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, gecə və səhər bəzi yerlərdə arabir duman, az çiskin olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 17-20° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-80 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi