hia.az

Laos AQEM-ə üzv qəbul edilib

4 dəfə baxılıb Bu gün, 15:19

Laos AQEM-ə üzv qəbul edilib

Bakıda Laos Xalq Demokratik Respublikasının Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) üzvlüyü ilə əlaqədar imzalanma mərasimi keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan, AQEM baş katibi Kairat Sarıbay və AQEM-in təsisedici sənədlərinin depozitarisi qismində Qazaxıstan Xarici İşlər Nazirliyinin nümayəndəsi iştirak edib.

Mərasim zamanı Laosun Baş nazirinin müavini, xarici işlər naziri Thonqsavan Fomvihan AQEM-in əsas təsisedici sənədləri olan Üzv dövlətlər arasında münasibətləri tənzimləyən prinsiplər haqqında 14 sentyabr 1999-cu il tarixli Bəyannaməni və 4 iyun 2022-ci il tarixli Almatı Aktını imzalayıb.

Tədbirdə Azərbaycan xarici işlər naziri, Laos xarici işlər naziri və AQEM baş katibi çıxış edərək, bu qərarın AQEM üçün əhəmiyyətini vurğulayıblar, bu münasibətilə Laosu təbrik edərək, gələcək üzvlüklə bağlı xoş sözlərini ifadə ediblər.

Laosun üzvlüyü barədə yekun qərarın AQEM-in 15 oktyabr tarixində Bakıda baş tutacaq Yeddinci Zirvə Görüşündə təsdiqlənməsi nəzərdə tutulur. Bununla, AQEM üzv dövlətlərinin sayı 29-a çatacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi