hia.az

Hakan Fidan: Süni intellekt inhisarçılıq vasitəsi deyil, inklüziv əməkdaşlığın əsası olmalıdır

9 dəfə baxılıb Dünən, 13:46

Hakan Fidan: Süni intellekt inhisarçılıq vasitəsi deyil, inklüziv əməkdaşlığın əsası olmalıdır


AQEM-də əlaqəliliyin gücləndirilməsi Asiyada dayanıqlı inkişafı dəstəkləyəcək.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, AQEM, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı arasında koordinasiyanın gücləndirilməsi, şübhəsiz ki, qitə üzrə əlaqəliliyin artırılmasına töhfə verəcək:

"Əlaqəlilik rəqəmsal dünyanı da əhatə edir. AQEM çərçivəsində elm, texnologiya və innovasiya sahələrində əməkdaşlığımızı dərinləşdirməliyik ki, süni intellekt və digər yeni texnologiyalar təkcə Asiyada deyil, bütün dünyada insanların rifahına xidmət etsin. Süni intellekt qarşıdurma və ya inhisarçılıq vasitəsi deyil, inklüziv əməkdaşlığın əsası olmalıdır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi