hia.az

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

4 dəfə baxılıb Bu gün, 10:54

Lukaşenko Azərbaycanın MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə MDB-yə sədrlik etmək qərarını tarixi an adlandırıb.


Bu barədə Belarus lideri MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.


Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq qərarı MDB-nin inkişafında yeni mərhələ olacaq.


"Bu, şübhəsiz ki, tarixi bir andır", - Belarus lideri vurğulayıb.


O, həmçinin ümid edir ki, Ermənistan da "2029-cu ildə ardıcıllığa uyğun olaraq bu şərəfli funksiyanı yerinə yetirmək" barədə qərar qəbul edəcək.


A.Lukaşenkonun sözlərinə görə, Belarus bütün iştirakçı ölkələrə sədrlikləri dövründə maksimum dəstək göstərmək niyyətindədir və bütün proseslərdə fəal iştirak edəcək: "Şübhə yoxdur ki, MDB-nin potensialı tükənməyib. Bizim ittifaqımız hələ uzun illər boyu belə qalacaq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi