hia.az

Rusiya ordusu Ukraynada sərnişin avtobusuna zərbə endirib, 30 nəfər ölüb

4 dəfə baxılıb Bu gün, 14:09

Rusiya ordusu Ukraynada sərnişin avtobusuna zərbə endirib, 30 nəfər ölüb

Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Kramatorsk şəhərində sərnişin avtobusuna endirdiyi zərbə nəticəsində 30 nəfər ölüb, 18 nəfər yaralanıb.

Bu barədə “Ukrainskaya Pravda“ Donetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin və vilayət prokurorluğuna istinadən məlumat yayıb.

Məlumata görə, zərbə oktyabrın 8-də saat 10:00 radələrində endirilib.

İlkin məlumatlara görə, 12 nəfərin öldüyü və 14 nəfərin yaralandığı bildirilmişdi. Lakin daha sonra Donetsk vilayət prokurorluğu ölənlərin sayının 30-a, yaralananların sayının isə 18-ə yüksəldiyini açıqlayıb.

Ukrayna tərəfinin məlumatına görə, avtobusların yüksək dəqiqlikli idarə olunan aviasiya bombaları ilə vurulduğu ehtimal edilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi