hia.az

Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

10 dəfə baxılıb Dünən, 10:02

Prezident: Azərbaycan-Türkmənistan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır

Azərbaycan və Türkmənistanı çoxəsrlik dostluq və qardaşlıq telləri bağlayır və iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

"Ölkələrimiz arasında yüksək səviyyəli təmasların intensiv xarakterini məmnunluqla qeyd edirəm. 2025-ci ilin avqustunda mən Türkmənistana səfər etdim. Ötən il Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycana iki dəfə səfər edib, bu ilin iyun ayında isə Türkmənistan Prezidenti Sərdar Qurbanqulu oğlu Berdiməhəmmədov ölkəmizə dövlət səfəri həyata keçirib. Bu təmaslar ikitərəfli münasibətlərə əlavə təkan verib və bir çox sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb", - İlham Əliyev qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi