hia.az

Sərdar Berdiməhəmmədov: MDB formatı aktual məsələlər üzrə məsləhətləşmələr üçün cəlbedici platformadır

10 dəfə baxılıb Dünən, 09:11

Sərdar Berdiməhəmmədov: MDB formatı aktual məsələlər üzrə məsləhətləşmələr üçün cəlbedici platformadır

MDB formatı aktual beynəlxalq məsələlər üzrə məsləhətləşmələr üçün cəlbedici platforma kimi özünü təsdiqləyib.

Bu barədə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Avazadakı bugünkü iclas əlamətdar bir dövrdə - Müstəqil Dövlətlər Birliyinin yaranmasının 35 illiyi ilində keçirilir: "Məsuliyyətlə təsdiq etmək olar ki, Müstəqil Dövlətlər Birliyi bu yolu ləyaqətlə keçib. Obyektiv çətinliklərə baxmayaraq, biz əməkdaşlığın bünövrəsini qoruyub saxlaya və onun bərabərhüquqlu, hörmətə əsaslanan və qarşılıqlı faydalı xarakterini təmin edə bildik", - o qeyd edib.

Türkmənistan rəhbəri qeyd edib ki, MDB ölkələri arasında ticari-iqtisadi əlaqələr ardıcıl olaraq inkişaf edir, son illərdə isə ümumi mal dövriyyəsinin müsbət dinamikası müşahidə olunur.

Onun sözlərinə görə, siyasi və diplomatik qarşılıqlı fəaliyyətin gündəliyi genişlənir. MDB formatı aktual beynəlxalq məsələlər üzrə məsləhətləşmələr üçün cəlbedici bir platforma kimi özünü doğruldub.

S.Berdiməhəmmədov həmçinin vurğulayıb ki, humanitar əməkdaşlıq mədəniyyət, elm, təhsil və idman da daxil olmaqla geniş istiqamətlər spektrini əhatə edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi