hia.az

Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib

1 dəfə baxılıb Bu gün, 14:17

Təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib

Təhsilalanların yollarda təhlükəsizliyinin təmin edilməsi istiqamətində yol polisi tərəfindən həyata keçirilən tədbirlər yeni tədris ilinin başlanması ilə əlaqədar daha geniş vüsət alıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, respublika üzrə bütün təhsil müəssisələrinin ətrafında xidmət gücləndirilib, nəqliyyatın və piyadaların rahat və təhlükəsiz hərəkəti diqqətdə saxlanılıb. Nizamlanma vasitələrinin monitorinqi aparılmaqla, zəruri tədbirlər görülüb. Eyni zamanda, təhsil ocaqlarında maarifləndirici görüşlər təşkil olunub, təhsilalanlara piyada keçidlərindən düzgün istifadə, işıqforun tələblərinə əməl etmək, yolu keçərkən diqqətli olmaq və digər mühüm təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib.

Bir sıra təhlükəsizlik məsələləri, xüsusi ilə piyada keçidlərindən düzgün istifadə qaydaları məktəblilərə əyani şəkildə nümayiş olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi