hia.az

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır

9 dəfə baxılıb Bu gün, 09:41

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır

Azərbaycan Cənubi Qafqaz regionunda ABŞ-nin etibarlı tərəfdaşıdır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "NewsMax"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın Bakı və İrəvan arasında sülhə nail olmaq istiqamətindəki səyləri Cənubi Qafqazın strateji landşaftını dəyişib və Azərbaycanla ABŞ arasındakı münasibətlərdə yeni dövr açıb.

"Prezident Donald Tramp və Prezident İlham Əliyev Birləşmiş Ştatlar və Azərbaycan arasında strateji tərəfdaşlıqda yeni dövr təklif ediblər və ölkələr arasında strateji tərəfdaşlığa dair yeni memorandumun hazırlanması barədə razılığa gəliblər", - H.Hacıyev bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi