hia.az

İsveç sahillərində Qvineya bayrağı altında üzən yük gəmisi saxlanılıb

25 dəfə baxılıb 7-03-2026, 06:42

İsveç sahillərində Qvineya bayrağı altında üzən yük gəmisi saxlanılıb

İsveç Sahil Mühafizə Xidməti İsveç polisinin dəstəyi ilə, krallığın cənubundakı Trelleborq sahillərində Qvineya bayrağı altında üzən Caffa yük gəmisini saxlayıb.

Bu barədə Sahil Mühafizəsinin mətbuat açıqlamasında bildirilib.

Sahil Mühafizə Xidməti ilkin araşdırmaya başlayıb və gəminin dənizə yararsız olduğunu düşünür.

Mülki Müdafiə naziri Karl-Oskar Bohlinin sözlərinə görə, gəmi Ukraynanın sanksiya siyahısındadır.

"Gəmi Ukraynanın sanksiya siyahısındadır, mülkiyyət strukturu bəlli deyil və sığortasının olmaması şübhəsi var. Bildirilir ki, gəmi bu yay bayrağını Rusiya bayrağından Qvineya bayrağına dəyişdirib", - nazir bildirib.

SVT televiziyasının məlumatına görə, gəmi Mərakeşin Kasablanka şəhərindən Sankt-Peterburqa gedərkən ələ keçirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi