hia.az

Yarım milyon manatı vergidən yayındırma faktı üzrə cinayət işi açılıb, məhkəmə başlayır

1 dəfə baxılıb Bu gün, 10:49

Yarım milyon manatı vergidən yayındırma faktı üzrə cinayət işi açılıb, məhkəmə başlayır


Azərbaycanda sahibkar külli miqdarda vəsaiti vergidən yayındırmaqda ittiham olunur.

Yarım milyon manatdan çox vəsaiti leqallaşdırmaqda ittiham edilən sahibkar Rizvan Camalovla bağlı cinayət işi başlanıb. Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib

Məhkəməinin hazırlıq iclası yaxın günlərdə başlayacaq.

Zərərçəkmiş şəxs qismində Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Hüquq İdarəsi tanınıb.

İttihama görə, təqsirləndirilən şəxs istintaqla şəxsiyyətləri müəyyən edilməyən bir qrup şəxslə avtomobil ehtiyat hissələrinin idxalı, alışı və satışı ilə məşğul olarkən dövlət büdcəsinə ödəməli olduğu vergiləri ödəməkdən yayınıb. O, özünün ifşa olunmamasını təmin etmək məqsədi ilə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi qeydiyyatdan keçib.

O, həmçinin fəaliyyətsiz saxladığı həmin sahibkarlıq subyekti üzərindən maliyyə əməliyyatları həyata keçirmək üçün 2021-ci ildən fəaliyyətə başlayıb.

Hazırda həbsdə olan təqsirləndirilən şəxs xarici ölkə ərazisindən ölkəyə müxtəlif təyinatlı malları gətirərəkən öz gəlirlərini az göstərib, bununla da 625 min manatdan çox vəsaiti leqallaşdırıb.

Ona Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 213.3-cü (Xeyli miqdarda vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma, mütəşəkkil dəstə halında törədildikdə, xüsusilə külli miqdarda törədildikdə) maddələi ilə ittiham elan edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi