Bakının Binəqədi və Sabunçu rayonlarında yolların təmiri ilə əlaqədar oktyabrın 7-dən nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq olunacaq.
Təmir işlərinə oktyabrın 7-də saat 15:00-dan başlanılacaq.
Təmir işləri Binəqədi rayonunun Binəqədi qəsəbəsində Cəfər Cabbarlı küçəsində, həmçinin Sabunçu rayonunda Zabrat-Maştağa şossesinin Elşən Məhərrəmli küçəsi ilə kəsişməsindən Dövlət Gömrük Komitəsinin Akademiyasının qarşısına qədər olan hissəsində, hər iki istiqamət üzrə aparılacaq.
AAYDA sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etməyi və hərəkət zamanı diqqətli olmağı xahiş edib.