hia.az

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

3 dəfə baxılıb Bu gün, 14:12

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

Rusiya Silahlı Qüvvələri Ukraynanın Çerniqov vilayətinin Priluki şəhərinə raket zərbəsi endirməsi nəticəsində 13 dinc sakin həlak olub, 50 nəfər isə yaralanıb.

Bu barədə Çerniqov Vilayət Prokurorluğunun mətbuat xidməti Teleqram kanalında məlumat yayıb.

"Saat 12:50-yə olan məlumata görə, Rusiyanın şəhərə hücumu nəticəsində 13 mülki şəxsin, o cümlədən 4 uşağın həlak olduğu, 50 nəfərin isə yaralandığı müəyyən edilib. Yaralılardan 7-si uşaqlardır", – məlumatda bildirilir.

Uçmuş evin dağıntıları altında insanların axtarışı davam edir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi