hia.az

Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub

17 dəfə baxılıb 27-02-2026, 09:23

Efiopiyanın Baş nazirinin rəsmi qarşılanma mərasimi olub

Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin fevralın 27-da rəsmi qarşılanma mərasimi olub.

Ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşıladılar.

Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verdi.

Efiopiyanın Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçdi.

Sonda rəsmi foto çəkdirildi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi