hia.az

Vardanyan təqsirkar olduğunu bilir

30 dəfə baxılıb 25-02-2026, 12:05

Vardanyan təqsirkar olduğunu bilir

Bakı Hərbi Məhkəməsi tərəfindən 20 il həbs cəzasına məhkum edilən Ermənistan vətəndaşı Ruben Vardanyanla bağlı yeni xəbər var.

Ailəsi tərəfindən yayılan açıqlamada onun hökmdən apellyasiya şikayəti verməyəcəyi bildirilib. Qeyd olunub ki, apellyasiyadan imtina hökmə razılıq anlamına gəlmir və məsələ beynəlxalq instansiyalarda davam etdiriləcək.

Amma hüquq ekspertləri bildirirlər ki, apellyasiya mərhələsindən imtina faktiki olaraq yerli məhkəmə instansiyasında hökmə yenidən baxılması imkanından istifadə etməmək deməkdir. Onların fikrincə, belə addım həm hüquqi perspektivin zəif qiymətləndirilməsi, həm də müdafiə strategiyasının dəyişdirilməsi ilə bağlı ola bilər.

Xatırladaq ki, Vardanyan Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirli bilinib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi