hia.az
hia.az

Hindistanda qəzaya uğrayan təyyarənin bütün heyəti ölüb

15 dəfə baxılıb 24-02-2026, 11:26

Hindistanda qəzaya uğrayan təyyarənin bütün heyəti ölüb

Bazar ertəsi axşam Hindistanın Carkxand ştatında qəzaya uğrayan tibbi təyyarənin göyərtəsində olan yeddi nəfərin hamısı həlak olub.

Bu barədə qəzanın baş verdiyi Çatra rayon polisinin yaydığı məlumatda deyilir.

Təyyarə bədbəxt hadisə nəticəsində bədəninin 60 %-dən çox hissəsinin yandığı 41 yaşlı kişini Nyu-Delhiyə aparırdı. Qəzada həmin şəxsdən başqa, iki pilot, iki tibb işçisi və xəstəni müşayiət edən iki sərnişin də həlak olub.

Hindistanın Mülki Aviasiya Baş İdarəsinin (DGCA) daha əvvəl yaydığı məlumata görə, "Redbird Airways" şirkətinə məxsus "Beechcraft C90" təyyarəsi Rançi şəhərindən Nyu Delhiyə uçurmuş. Uçuşdan təxminən 23 dəqiqə sonra heyətlə əlaqə kəsilib və təyyarə radarlardan itib. İlkin məlumata görə, qəza əlverişsiz hava şəraitində baş verib. Təyyarə qəzası ilə bağlı araşdırma başladılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi