hia.az
hia.az

XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

13 dəfə baxılıb 21-02-2026, 09:30

XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək

İtaliyanın Milan və Kortina-d'Ampetso şəhərlərində təşkil olunan XXV Qış Olimpiya Oyunlarında bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək.

Biatlon, bobsley, xizəksürmə, körlinq, sərbəst üslubda xizəksürmə, hokkey, xizək alpinizmi və sürətli konkisürmə üzrə mübarizə baş tutacaq.

Yarışın medal sıralamasında Norveç birinci pillədə qərarlaşıb. Skandinaviya ölkəsi indiyədək 37 (17 qızıl, 10 gümüş, 10 bürünc) mükafat qazanıb. ABŞ (10 qızıl, 12 gümüş, 7 bürünc) ikinci, İtaliya (9 qızıl, 5 gümüş, 13 bürünc) üçüncüdür.

Azərbaycanın dağ xizəkçisi Anastasiya Papatoma slalom növündə mübarizə aparıb. İdmançı iki cəhdin yekununa əsasən 2:09:15 saniyə nəticə ilə 95 nəfər arasında 51-ci olub.

Daha əvvəl Azərbaycan fiqurlu konkisürəni Vladimir Litvintsev qısa proqramda 29 idmançının mübarizəsində 63,63 xalla sonuncu yeri tutub və mübarizəni dayandırıb.

Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına sabah yekun vurulacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi