hia.az

"Qarabağ" hücumçusu üçün "Flamenqo"nun ilk təklifini rədd edib, danışıqlar davam edir

58 dəfə baxılıb 10-01-2025, 08:42

"Qarabağ" hücumçusu üçün "Flamenqo"nun ilk təklifini rədd edib, danışıqlar davam edir

"Qarabağ" futbolçusu Olavio Juninyo üçün Braziliyanın "Flamenqo" klubunun ilk təklifini rədd edib.

Bu barədə yerli "Terra" nəşri məlumat yayıb.

Lakin tərəflər arasında danışıqlar davam edir və A Seriyası təmsilçisinin 28 yaşlı hücumçu üçün daha bir müraciəti olacaq.

Azərbaycan çempionunun bu keçidə görə təxminən 6 milyon avro istədiyi yazılıb. Hazırda "Flamenqo" bu məbləği azaltmağa çalışır.

Qeyd edək ki, "qırmızı-qaralar" oyunçunu 4 milyon avroya transfer etmək istəyib. Olavio Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi