hia.az
hia.az

HAMAS İsrail avtobusuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB

40 dəfə baxılıb 29-11-2024, 16:46

HAMAS İsrail avtobusuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb - YENİLƏNİB

HAMAS İordan çayının qərb sahilində İsrail avtobusuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə HAMAS-ın hərbi qolu olan “İzzəddin Əl-Qəssam Briqadaları” bəyanat yayıb.

Bildirilib ki, atəş açan şəxs 46 yaşlı Samir Məhəmməd Əhməd Hüseyn İzzəddin Əl-Qəssam Briqadalarının üzvü olub.

Qeyd edək ki, Samir Məhəmməd Əhməd Hüseyn hücum yerində İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbçiləri tərəfindən zərərsizləşdirilib.

***

15:32

İordan çayının Qərb sahilində yerləşən Ariel qəsəbəsi yaxınlığında İsrail avtobusuna hücum olub.

APA İsrail mediasına istinadən xəbər verir ki, nəticədə ən azı 9 nəfər yaralanıb.

Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.

İsrail Müdafiə Qüvvələrindən verilən məlumata görə, terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi