hia.az

Yenə boşanma xəbərləri yayıldı

79 dəfə baxılıb 29-11-2024, 15:35

Yenə boşanma xəbərləri yayıldı

Məşhur türkiyəli müğənni Ebru Gündeşin həyat yoldaşı Murat Özdemirdən boşanacağı barədə yenidən məlumat yayılıb.

Bu barədə “Söylemezsem Olmaz” verilişində bildirilib.

İddialara görə, Özdemir Gündeşin xərclərinin çox olduğunu və qarşılaya bilmədiyini etiraf edib.

Boşanmağa qərar verən cütlük evlərini ayırıb. Ebru hazırda Dubaydakı evində, Murat isə hoteldə qalır.

İkili vəkillərinə artıq müraciət edib, bir neçə gün sonra məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, bir neçə ay öncə də onların boşanmaq istədiyi barədə məlumat yayılmış, daha sonra E. Gündeş tərəfindən təkzib olunmuşdu.

Xatırladaq ki, Ebru Gündeş bu ilin fevral ayında Murat Özdemirlə ailə həyatı qurub. Bu, Ebrunun 4-cü evliliyidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi