hia.az
hia.az

Ərdoğandan anons: Gömmək vaxtı çatdı!

40 dəfə baxılıb 29-10-2024, 13:31

Ərdoğandan anons: Gömmək vaxtı çatdı!

Bu gün cümhuriyyətimizin yeni əsrinin ilk ildönümünü qeyd etməyin xoşbəxtliyini və haqlı qürurunu yaşayırıq. Minillik dövlətlər silsiləməzin son və əbədi halqası – cümhuriyyətimizin banisi Qazi Mustafa Kamal Atatürk başda olmaqla, qurucuları şükranla yad edirəm.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümhuriyyətin 101-ci ildönümü ilə bağlı mesajında bildirib.

O, TUSAŞ-a edilən hücum zamanı şəhid olan şəxsləri yad edib:

“Türkiyə Yüz ili” kimi adlandırdığımız aydın sabahlara qovuşmaq istiqamətində aşacağımız əngəl, həll edəcəyimiz problemlər cüzi saydadır. Ölkəyə olan təhlükəsizlik təhdidləri başda olmaqla, digər sahələrlə yanaşı iqtisadiyyatımızı çökdürmə cəhdlərinin son 6 ildə millətimizin həyatında çətinliklərə yol açdığının fərqindəyik. Eynilə 40 ildir enerjimizi sümürən, qardaşlığımızı gəmirən, bizi hədəflərimizdən uzaqlaşdıran terror bəlasını bütün imkanlarımızdan istifadə edərək artıq tarixə gömmək gərəkdiyini də bilirik. Keçənilki Cümhuriyyət Bayramında ifadə etdiyimiz kimi, hər nə ediriksə, böyük və güclü Türkiyə idealını ucaltmaq niyyətilə edirik. Hansı kökdən, məzhəbdən, siyasi görüşündən, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, millətimizin bütün üzvlərinin, dostlarımızın tarixi mübarizədə bizimlə olacaqlarına inanırıq”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi