hia.az

İlham Əliyev həmkarını təbrik etdi

92 dəfə baxılıb 21-09-2024, 10:58

İlham Əliyev həmkarını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Malta Respublikasının Prezidenti Zati-aliləri xanım Miriam Spiteri Debonoya Müstəqillik günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli xanım Prezident,

Malta Respublikasının müstəqilliyinin 60-cı ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Azərbaycan ilə Malta arasında dostluq əlaqələrinin və əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar vardır. İnanıram ki, gələn il diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edəcək ölkələrimiz arasında münasibətlər birgə səylərimizlə xalqlarımızın mənafelərinə uyğun olaraq istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, xalqınıza daim firavanlıq və rifah arzulayıram”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi