hia.az
hia.az

“Formula” başladı, bu yollar tam bağlandı – Siyahı

7 dəfə baxılıb 13-09-2024, 11:38

“Formula” başladı, bu yollar tam bağlandı – Siyahı

Bu gündən – 13 sentyabr tarixindən “Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024” start götürüb.

Bakı şəhər trekində keçirilən və əsas yarışları 15 sentyabrda baş tutacaq Qran Pri ilə əlaqədar sentyabrın 9-dan paytaxtın bir sıra əsas yollarında hərəkət tamamilə məhdudlaşdırılıb.

Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir.

Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir.

Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” verilir.

Qoyulan məhdudiyyətlər sentyabrın 17-ə kimi davam edəcək.

Xatırladaq ki, “Formula 1” Azərbaycan Qran Prisi 2017-ci ildən Bakıda şəhər trekində keçirilir. Bu günə qədər Bakı trekində 7 dəfə “Formula 1” Azərbaycan Qran Prisi baş tutub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi