hia.az
hia.az

Ukraynaya ikinci hücum dalğası hazırlanır - Zabit

48 dəfə baxılıb 27-08-2024, 07:35

Ukraynaya ikinci hücum dalğası hazırlanır - Zabit

Ukraynaya hücum zamanı rus qoşunları hazırladıqları raketlərin yalnız üçdə birini istifadə edib. Ola bilsin ki, düşmən növbəti hücuma hazırlaşır.

Bunu Rusiya-Ukrayna müharibəsinin veteranı, ehtiyatda olan mayor Aleksey Getman deyib.

"Bu atışma gözlənilən qədər güclü olmadı. Ay yarımdan artıq müddət ərzində raket hücumu olmayıb.
Ona görə də zərbənin güclü olacağı gözlənilirdi. Nəyə görə belə oldu? Ona görə yox ki, onlar güclü hücum etməmək qərarına gəliblər. Ukraynaya ikinci hücum dalğası olacaq. Niyə raketləri atmadıqları böyük sualdır.

Belə bir hücumun yaxın günlərdə baş verə biləcəyinə gəlincə, düşünürəm ki, bu gün də ola bilər. Məncə, onlar bizim hava hücumundan müdafiəmizi sınaqdan keçirirdilər. Bu, səhv bir fərziyyə ola bilər, amma məntiq çox sadədir: onlar ayda istehsal edə bildikləri qədər raket buraxırlar", - o bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi