hia.az
hia.az

AVRO-2024: Qrup mərhələsinin II turunun oyunları start götürür

32 dəfə baxılıb 19-06-2024, 08:54

AVRO-2024: Qrup mərhələsinin II turunun oyunları start götürür

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun oyunları start götürəcək.

Günün ilk qarşılaşması Hamburq şəhərində, Xorvatiya və Albaniya seçmələri arasında baş tutacaq.

Xorvatlar B qrunun ilk matçında İspaniyaya 0:3, albanlar isə İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

A qrupunda ikinci turun ilk qarşılaşmasında isə Ştutqartda Almaniya və Macarıstan komandaları münasibətlərinə aydınlıq gətirəcəklər.

Bundestim AVRO-2024-ün açılış matçında Şotlandiyaya 5:1 hesabı ilə qalib gəlib, macarlar isə İsveçrəyə 1:3 hesabı ilə uduzub.

Günün sonunda Şotlandiya - İsveçrə qarşılaşması keçiriləcək. Matç Helzenkirhen şəhərində reallaşacaq.

AVRO-2024

19 iyun

II tur

B qrupu

17:00. Xorvatiya - Albaniya

Baş hakim: Fransua Leteksye (Fransa).

Hamburq, “Folksparkştadion” stadionu.

A qrupu

20:00. Almaniya - Macarıstan

Baş hakim: Denni Makkeli (Niderland).

Ştutqart, "MHP Arena" stadionu.

23:00. Şotlandiya - İsveçrə

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Köln, “Reyn Enerqi” stadionu.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi