hia.az
hia.az

Zelenski: Avropa İttifaqı Ukraynaya 2–3 il dəstək verməyi planlaşdırır

3 dəfə baxılıb Bu gün, 12:39

Zelenski: Avropa İttifaqı Ukraynaya 2–3 il dəstək verməyi planlaşdırır

Avropa İttifaqı Ukraynaya 2-3 il ərzində davamlı maliyyə dəstəyi göstərməyi planlaşdırır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.

“Ukrayna hələ bir neçə il müharibəyə hazırdır. Biz onilliklər boyu döyüşməyəcəyik, amma siz müəyyən müddət ərzində Ukraynanı stabil maliyyə baxımından dəstəkləyə biləcəyinizi göstərməlisiniz. Buna görə onların proqramı 2–3 il üçün nəzərdə tutulub”, - ölkə başçısı bildirib.

Prezident əlavə edib ki, müharibə daha tez bitə bilər, lakin bərpa işləri və hərbçilərin maaşlarının ödənilməsi üçün maliyyə vəsaitlərinə ehtiyac var. Zelenski vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin gələcək davranışı qeyri-müəyyəndir, buna görə də tərəfdaşlardan davamlı dəstək təminatı vacibdir.

O bildirib ki, bu dəstək Ukraynanın dondurulmuş rus aktivlərindən maliyyələşdirilə bilər və bu vəsait ya silah almağa, ya da bərpa işlərinə yönəldiləcək.

“Əgər müharibə bir ay ərzində bitərsə, bu vəsaiti bərpa işlərinə xərcləyəcəyik. Əgər bir az gecikərsə, o zaman silah almağa yönəldəcəyik. Başqa çıxış yolumuz yoxdur”, - Zelenski qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi