hia.az
hia.az

Tbilisidə 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb

7 dəfə baxılıb 25-10-2025, 11:48

Tbilisidə 2 kq uran almağa cəhd göstərən Çin vətəndaşları saxlanılıb

Tbilisidə 2 kiloqram uranın qanunsuz əldə olunmasına cəhd edən üç nəfər Çin vətəndaşı saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən bildirilib.

Saxlanılan şəxslər radioaktiv maddəni Rusiya ərazisi vasitəsilə Çinə qanunsuz daşınmasını planlaşdırıblar. Sövdələşmənin dəyəri 400 min dollar dəyərində qiymətləndirilib.

İstintaqla müəyyən edilib ki, Gürcüstanda qanunsuz olan təqsirləndirilən şəxslərdən biri uranı almaqda maraqlı olan mütəxəssisləri ölkəyə gətirib və uranın axtarışlarına başlayıb. Onun hərəkətlərini Çindən olan qrupun digər iştirakçıları koordinasiya edib.

Operativ məlumat əsasında Çin vətəndaşları qanunsuz sövdələşmənin razılaşdırılması mərhələsində saxlanılıblar.

İstintaq çərçivəsində saxlanılanların Tbilisi və Batumidəki müvəqqəti yaşayış yerlərində axtarışlar aparılıb.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir. Çin vətəndaşlarının günahı sübuta yetiriləcəyi halda onları 10 ilədək həbs cəzası gözləyir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi