hia.az

Rusiya Dövlət Duması hərbi xidmətə ilboyu çağırış haqqında qanun layihəsini yekun oxunuşda qəbul edib

76 dəfə baxılıb 28-10-2025, 13:48

Rusiya Dövlət Duması hərbi xidmətə ilboyu çağırış haqqında qanun layihəsini yekun oxunuşda qəbul edib

Rusiya Dövlət Duması hərbi xidmətə ilboyu çağırış haqqında qanun layihəsini üçüncü, yekun oxunuşda qəbul edib.

Qanun layihəsinə bu gün Dumanın keçirilən plenar iclasında baxılıb.

Parlamentin aşağı palatası təqvim ili ərzində - yanvarın 1-dən dekabrın 31-dək hərbi xidmətə çağırış haqqında qanun layihəsini üçüncü, yekun oxunuşda qəbul edib.
Qanuna əsasən, il ərzində tibbi müayinələr və çağırış kollegiyasının iclasları keçiriləcək, vətəndaşlar müəyyən edilmiş müddətlərdə xidmətə göndəriləcək.

Qeyd edək ki, indiyə qədər Rusiyada hərbi çağırış ildə iki dəfə, yaz (aprelin 1-dən iyulun 15-dək) və payız (oktyabrın 1-dən dekabrın 31-dək) çağırışı olub.(Apa)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi