hia.az

Maaşlarımızdan bu qədər vergi tutulacaq

121 dəfə baxılıb 27-10-2025, 08:17

Maaşlarımızdan bu qədər vergi tutulacaq

“Bu günlərdə Vergilər Məcəlləsinə yeni dəyişiklik çox müzakirə edilir. Əsasən də özəl sektorda 2500 qədər olan maaşlara 3%verginin tətbiq edilməsi müzakirə edilir”.

Bunu iqtisadçı-ekspert Eyyub Kərimli bildirib.

O, bəzi KİV-də 1000 manat olan maaşlardan 30 manat vergi tutulacağı haqda xəbər yayıldığını, lakin bu səhv olduğunu qeyd edib:

“Belə ki, hazırkı dəyişiklik Vergilər Məcəlləsinin 102.1.6-ci maddəsinin tələblərini yenidən tətbiq etməyə imkan verir. 

Həmin maddənin tələbinə əsasən fiziki şəxslərin gəlirləri ayda 2500 manat olduqda, 200 manat olan hissəsi vergi tutulmasından azaddır.

Yəni ki, 1000 manat maaş alan insan 30 manat deyil, 24 manat vergi ödəyəcək: 1000 manat - 200 manat = 800 manat X 3%= 24 manat.

Həmin maddənin tələbi, ödəniləcək verginin 6 manat azalmasına imkan verir. 2500 manat maaş alan şəxs isə 75 deyil, 69 manat vergi ödəməli olacaq”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi