hia.az
hia.az

Məşhur şou Azərbaycan toyunu göstərdi - Video

225 dəfə baxılıb 29-09-2021, 14:19

Məşhur şou Azərbaycan toyunu göstərdi - Video
Rusiyanın “Pyatnitsa!” (“Пятница!”) telekanalında Kirill Makaşov və Mişel Andradenin təqdimatında yayımlanan məşhur səyahət şousu “Oryol i Reşka”nın (“Орел и Решка”) budəfəki buraxılışı Azərbaycan və azərbaycanlılara həsr olunub.

Layihənin çəkilişləri avqustun əvvəlində Bakı və Qubada baş tutub.

Azərbaycanın paytaxtına gələn verilişin aparıcısı Kirill Makaşov taksi sürücüsünün onu şəhərin mərkəzinə ödənişsiz aparmasına, həmçinin sakinlərdən birinin onu öz evində gecələməyi təklif etməsinə yaxşı mənada təəccüblənib.

“İndi mən başa düşürəm ki, niyə Bakını “Qafqazın Dubayı” adlandırırlar. Çox gözəldir”, - şəhərlə tanış olan aparıcı heyrət içində deyib.

Yeni buraxılışın efirində, həmçinin Balaxanı qəsəbəsi və Yanardağ nümayiş etdirilib, zorxana və beynəlxalq istedad şoularında iştirakı ilə məşhurlaşan Əbdülhüseynovlar qardaşlarından bəhs edilib.

Proqramın bir hissəsi Azərbaycandakı toylara həsr olunub. Aparıcı Mişel Andrade Bakıdakı şadlıq saraylarının birində olub, habelə Quba şəhərində keçirilən toylardan birini lentə alıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi