hia.az
hia.az

İrakli Qaribaşvilinin Azərbaycana səfər proqramı açıqlandı

224 dəfə baxılıb 29-09-2021, 13:38

İrakli Qaribaşvilinin Azərbaycana səfər proqramı açıqlandı
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu gün Azərbaycana işgüzar səfərə gəlir.

Bu barədə Gürcüstanın hökumət Administrasiyası məlumat yayıb.

Birgünlük səfər çərçivəsində İ.Qaribaşvili Bakıda keçiriləcək Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında iştirak edəcək. Hər iki ölkənin baş nazirlərinin sədrliyi altında baş tutacaq toplantıdan sonra əməkdaşlıq haqqında memorandumlar imzalanacaq.

İ.Qaribaşvili həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Daha sonra dövlət başçısı ilə işçi nahar olacaq.

Baş nazirin başçılıq etdiyi nümayəndə heyətinə müavini, xarici işlər naziri David Zalkaliani, iqtsiadiyyat və dayanıqlı inkişaf naziri Natia Turnava, hökumət administrasiyasının rəhbəri İlya Darçiaşvili daxildir./report/


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi