hia.az
hia.az

Doğru yuxu rejimi ölüm riskini azaldır

65 dəfə baxılıb 9-02-2024, 08:01

Doğru yuxu rejimi ölüm riskini azaldır


İnsan sağlamlığına aid hər keçən gün yeni məlumatlar paylaşılır. Mütəxəssislər bu dəfə ölüm riskini azaldan doğru yuxu rejimini araşdırıblar.

Həmin araşdırma “Sleep” jurnalında yayımlanıb.

Araşdırmada qeyd olunur ki, ölüm riskini azaldan doğru yuxu rejimi sərf edilən yuxu müddətindən daha əhəmiyyətlidir. Kifayət qədər yatmamaq ürək, böyrək, depressiya və sair kimi xəstəliklərə yol aça bilər. Araşdırma çərçivəsində müayinə edilən şəxslərin nə vaxt yatdıqları və neçə saat yatdıqları tədqiq olunub. Müəyyən edilib ki, yuxu rejimi nizamlı olan, başqa sözlə, yuxuya gedib eyni vaxtda oyanan insanların ölümcül xəstəliklərə yoluxma riski daha azdır.

İngiltərədə 61 min insanın məlumatları bu baxımdan araşdırılıb. İştirak edənlərin orta yaşının 63 olduğu, 97 faizinin ağdərili olduğu bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi