hia.az

“Traktor”un döyülən xanım azarkeşləri istintaqa çağırıldı

103 dəfə baxılıb 29-12-2023, 12:39

“Traktor”un döyülən xanım azarkeşləri istintaqa çağırıldı

“Traktor” klubunun tərəfdarları, ictimai fəallar Məhvəş Nuri və Zəhra Fətəlizadə Gilan əyalətinin Ənzəli şəhərinin təhlükəsizlik idarəsinə çağırılıblar.

Bu barədə fəallar özləri məlumat yayıblar.

Çağırışın adıçəkilən fəalların “Traktor” və “Mələvan” komandaları arasında keçirilən görüşdə yaranan qarşıdurma ilə bağlı olduğu bildirilir.

Rəşt və Germi şəhərindən olan xanım fəallar görüş zamanı stadionda “Mələvan” komandasının tərəfdarları tərəfindən döyülüb və təhqir olunublar.

“Traktor” komandası bununla bağlı İran Futbol Federasiyasına şikayət etsə də, məsələ ilə bağlı tədbir görülməyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi