hia.az
hia.az

Baydenin alovlu ad günü tortuna reaksiyalar: "...cəhənnəmə bir portal var"

82 dəfə baxılıb 22-11-2023, 10:57

Baydenin alovlu ad günü tortuna reaksiyalar: "...cəhənnəmə bir portal var"

ABŞ prezidenti Bayden 81 yaşını qeyd edib.

Parlametinsesi.az xarici mediaya istinadən xəbər verir ki, sosial mediada Baydenin alovlu ad günü tortu ilə fotosuna şərhlər paylaşılıb.

ABŞ prezidenti Bayden ilk dəfə girdiyi Threads sosial media platformasında 81 yaş tortu ilə fotosunu paylaşaraq, “Bu gün 81 yaşım tamam oldu və mənim yeni sosial media platformam var. Xoş arzularınız üçün təşəkkürlər, millət! Doğum günü şam fabrikindəki işçilər, ümid edirəm ki, həmkarlar ittifaqı sizə əlavə iş saatı almağa kömək edir" yazıb.

Yaşına baxmayaraq, 2024-cü ildə yenidən seçilməyə hazırlaşdığı üçün tənqidlərə məruz qalan Baydenin tortu da reaksiyalara səbəb olub.

Radio aparıcısı Dana Loesch yazıb: "Önünüzdəki boşqabda cəhənnəmə bir portal var".

İstifadəçilərdən biri isə “Niyə masanı belə tutur? Tort mənə Amerika iqtisadiyyatının vəziyyətini xatırlatdı", - deyə şərh yazıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi