hia.az
hia.az

Paşinyan talanmış dövlət vəsaitlərinin qaytarılmasından DANIŞDI

50 dəfə baxılıb 16-11-2023, 14:38

Paşinyan talanmış dövlət vəsaitlərinin qaytarılmasından DANIŞDI


"Ölkədən talan edilmiş vəsaiti sürətli qaytarmadığımıza görə bizi çox tənqid edirlər".

Parlamentinsesi.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu parlamentdəki çıxışı zamanı ölkənin baş naziri Nikol Paşinyan deyib.

"Bu tənqid başadüşüləndir, lakin digər tərəfdən qeyd etməliyəm ki, talanmış vəsaitlər xoşbəxtlikdən və ya təəssüf ki, soyğunçuların evlərinin rəflərində düzülmür. Bu məbləğlər diqqətlə gizlədilir. Müxtəlif yerlərdə, çox vaxt Ermənistandan kənarda gizlənir. Bundan başqa, soyğunçular bütün mümkün yollarla, o cümlədən siyasi yolla müqavimət göstərirlər, Qarabağ məsələsi, təhlükəsizlik təhdidləri və s. arxasında gizlənirlər, o cümlədən daxili siyasi qeyri-sabitlik yaratmaq cəhdləri göstərirlər.

Hüquqi xidmət üçün milyonlar xərcləmək, hakimiyyət və məmurlara qarşı anti-təbliğat... Digər tərəfdən, vəsaitin qaytarılması dövlətçiliyin, asayişin zərər görməsi bahasına ola bilməz və bu, həmişə bizim mövqeyimiz olub. Ona görə də qanuni hüquqi mexanizmlər - qanunsuz mülkiyyətin müsadirəsi mexanizmi yaratmışıq ki, bu mexanizm yeni işə başlayıb və artıq nəticələr var.

Hazırda 1000-ə yaxın daşınmaz əmlak, 200-ə yaxın daşınar əmlak, 270-ə yaxın təşkilatın səhmləri istintaqa cəlb olunub. Bu silsilə davam edəcək və bizim bu məsələdə siyasi iradəmiz bir saniyə belə dəyişməyik. Bilirik ki, bu, talananların kiçik bir hissəsidir", - deyə o bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi