hia.az
hia.az

Məktəbli qızlara qarşı əxlaqsızlıq edən cəzalandırıldı

50 dəfə baxılıb 1-11-2023, 13:05

Məktəbli qızlara qarşı əxlaqsızlıq edən cəzalandırıldı


Bakı şəhər Nərimanov rayonu ərazisində orta məktəblərdən birinin yaxınlığında məktəbli qızlara qarşı əxlaqsız hərəkətlər edən şəxs məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, barəsində Cinayət Məcəlləsinin 153-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə iş açılmış Füzuli rayon Dilağarda kənd sakini, 1981-ci il təvəllüdlü E. Səmədova (soyad şərtidir) hökm oxunub. Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona 5 il həbs cəzası verilib.

Məhkəmədə bildirilib ki, E. Səmədov Nərimanov rayonu ərazisindəki məktəbin yaxınlığında iki məktəbliyə qarşı əxlaqsız hərəkətlər edib. Təqsirləndirilən şəxs bu ilin 16 yanvar tarixində saat 13 radələrində 2008-ci il təvəllüdlü məktəbli qıza yaxınlaşaraq onu çiyin nahiyələrindən qucaqlayaraq cinsi əlaqədə olmağı təklif edib. 15 yaşlı qız qaçaraq yaxınlıqdakı mağazaya daxil olub. Elə həmin gün o yenidən məktəbin yaxınlığına gedərək bu dəfə 2012-ci il təvəllüdlü qıza qarşı oxşar hərəkətlər edib.

Hadisə barədə polisə məlumat daxil olduqdan sonra əməliyyat keçirilib və E.Səmədov Xırdalan şəhəri ərazisində dayısına məxsus sexdə yaxalanıb.

Araşdırmalar zamanı məlum olub ki, o, əvvəllər oğurluq əməlinə görə məhkum edilib və xeyli müddət həbsdə qaldıqdan sonra azadlığa çıxıb. Onun boşanması, lakin anada qalan övladlarına görə təyin edilmiş alimenti ödəməməsi də müəyyən edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi