hia.az
hia.az

Ödənişli yolda ödəmə məntəqələri və qiymət cədvəli AÇIQLANDI

90 dəfə baxılıb 31-10-2023, 11:09

Ödənişli yolda ödəmə məntəqələri və qiymət cədvəli AÇIQLANDI


“Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.

Qeyd olunan avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri bunlardı:

www.aayda.gov.az/uploads/1698390259.pdf My Webpage

- Başlanğıc nöqtəsi – Yeni Yaşma ödəmə məntəqəsi, 0-cı km, (mövcud magistral yolun 52-ci km-i);

- Son nöqtəsi – Yeni Sudur ödəmə məntəqəsi, 129-cu km, (Qusar-Xudat yolunun 22-ci km-i).

Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:

- Giləzi ödəmə məntəqəsi, 23-cü km, (mövcud magistral yolun 75-ci km-i);

- Siyəzən ödəmə məntəqəsi, 53-cü km, (mövcud magistral yolun 105-ci km-i);

- Gəndob ödəmə məntəqəsi, 85-ci km, (R1 Gəndob-Xaçmaz-Yalama yolunun 1-ci km-i) ;

- Xaçmaz ödəmə məntəqəsi, 107-ci km, (R4 Quba-Xaçmaz yolunun 19-cu km-i).

Qeyd edək ki, ödənişli yoldan istifadə edən sürücülər daxil olduğu ödəniş məntəqələrindən başlayaraq yalnız qət edəcəyi məsafəyə (km) uyğun ödəniş etməlidirlər.

Avtonəqliyyat vasitələrinin növünə və müxtəlif məntəqələrə uyğun ödənişli yoldan istifadəyə görə qiymət CƏDVƏLİ: 

www.aayda.gov.az/uploads/1698392863.pdf  My Webpage


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi