hia.az
hia.az

Əhaliyə XƏBƏRDARLIQ: Bu halda istilik verilməyəcək

75 dəfə baxılıb 24-10-2023, 06:51

Əhaliyə XƏBƏRDARLIQ: Bu halda istilik verilməyəcək


"Azəristiliktəchizat" əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb. Binaların girişinə bununla bağlı elanlar da vurulub.

Nazirlər Kabinetinin sentyabrın 5-də təsdiqlədiyi qaydalara əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. Artıq bununla bağlı prosesə başlanıb.

"Azəristiliktəchizat" ASC-dən bildirilib ki, sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumat verilib. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

"Azəristiliktəchizat" ASC-nin şöbə rəisi Xəqani Süleymanlı bildirib ki, müqavilə bağlamayan şəxslər məhdudiyyətlə qarşılaşaqcaqlar.(Xezerxeber.az)

Qeyd edilib ki, noyabrın 15-dən ölkə ərazisində istilik mövsümünə start veriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi