hia.az

Miri Yusif Amerika həyatından danışdı: Qab yuyurdum, yerləri təmizləyirdim...

106 dəfə baxılıb 23-10-2023, 10:26

Miri Yusif Amerika həyatından danışdı: Qab yuyurdum, yerləri təmizləyirdim...


“ABŞ-a cavan Yusif olaraq getdim, müdrik Miri Yusif kimi qayıtdım. Ora bəlkələrin əlindən getmişdim. Həyatımın ən çətin zamanı idi. Düzdür, baxanlar deyəcəklər ki, sən o boyda Los-Ancelesdə yaşamısan. Amma elə deyil. Mənim orada çox çətin zamanlarım olub və fəxr edirəm ki, bunlardan keçmişəm”.

Bu sözləri Xalq artisti Miri Yusif “Qapqara” verilişində deyib.

O, ABŞ-da yaşadığı zamanı həyatının ən çətin dövrü adlandırıb:

“Orada cibimdə pul olmayanda bəzən parkların oturacağında yatmışam. Çox vaxt müxtəlif yerlərdə qab-qacaq yuyurdum, yerləri təmizləyirdim, ofisiant işləyirdim. Bu da gözəl təcrübə idi. Bu, olmalı idi. Oturacaqda uzananda özümə həmişə söyləyirdim ki, mən burada nə edirəm, buraya niyə gəlmişəm.

Amma sonra dedim ki, özüm özümə uduzsam, sonra peşman olaram. Nəticədə uduzmadım, əksinə, qazandım. Burada maddi məsələlər deyil, qazandığım başqa şeylərdir. Mən güclü oldum”, - sənətçi belə deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi