hia.az
hia.az

Qəzzada xəstəxananı vuranı necə müəyyən etmək olar?

77 dəfə baxılıb 18-10-2023, 11:19

Qəzzada xəstəxananı vuranı necə müəyyən etmək olar?

HƏMAS-ın İsrailə hücumunun ardınca Qəzzada xəstəxananın vurulması Yaxın Şərqdə böyük müharibə planı müəlliflərinin növbəti “uğurlu” addımıdır.

Bu sözləri təhlükəsizlik üzrə ekspert Ərəstun Oruclu qeyd edib.

Ekspert hazırda əsas məsələnin hadisə yerində beynəlxalq monitorinqin aparılması olduğunu vurğulayıb:

“Tərəflərin bir-birini ittiham etməsi də təbiidir. Çünki xəstəxananı kimin hədəfə alması onun arxasında duranı, başqa sözlə müharibə planı müəllifini üzə çıxara bilər. İndi əsas məsələ oranın hansı silahla vurulduğunu təsdiq etmək üçün hadisə yerində müstəqil beynəlxalq ekspertlər tərəfindən monitorinqin aparılmasıdır. Belə bir monitorinqin həyata keçirilməsinə ən müxtəlif yollarla kim mane olacaqsa, deməli, xəstəxanaya zərbə endirən da olur”.

Qeyd edək ki, dünən İsrailin Qəzzadakı Əhli-Ərəb Xəstəxanasını raketlə vurması nəticəsində 800 nəfərdən çox mülki insan həyatını itirib. Onların arasında qadın və uşaqlar üstünlük təşkil edir.

İsrail ordusu xəstəxananı vurmadığını, ora “İslami-Cihad”ın atdığı raketin düşdüyünü bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi