hia.az
hia.az

Rusiyada azərbaycanlı blogerə qarşı yoxlamalar başlanıldı

84 dəfə baxılıb 13-10-2023, 12:11

Rusiyada azərbaycanlı blogerə qarşı yoxlamalar başlanıldı


Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı bloger Hüseyn Həsənovla bağlı yoxlamalar aparacaq.

Bu barədə Rusiyanın Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina "Telegram" kanalında bildirib.

"Polis qumar oyunlarının təşkili və reklamı ilə bağlı qanunsuz fəaliyyətlərinə görə Hüseyn Həsənov, Eqor Krid, Yuri Xovanski və digər videoblogerlərlə bağlı əlavə yoxlamalar aparır. Bu, Təhlükəsiz İnternet Liqasının cinayət işinin başlanmasından imtina qərarı ilə bağlı prokurorluğa müraciətindən sonra baş verib”, - deyə Yekaterina yazıb.

Onun sözlərinə görə, Moskva Şəhər Prokurorluğu əvvəlki yoxlamada prosessual qanun pozuntularını müəyyən edib və buna görə də nəzarət tədbirləri görülüb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi