hia.az
hia.az

Laçının mərkəzindən möhtəşəm görüntülər - Video

78 dəfə baxılıb 5-10-2023, 09:31

Laçının mərkəzindən möhtəşəm görüntülər - Video


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Laçın şəhərinin daxili yollarının bərpası layihəsini sürətlə icra edir.

Agentlikdə verilən məlumata görə, layihə çərçivəsində yararsız örtük sökülür, zəruri olan yerlərsə yararsız qrunt qazılaraq çıxarılır, ardınca yararlı materiallardan istifadə olunmaqla əks dolğu işləri icra olunur, yeni yol yatağı və yol əsası inşa edilir. Yol əsası hazır olan hissələrə isə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir. Artıq bir-çox küçə və yollarda sadalanan işlər yekunlaşıb.

Uzunluğu təqribən 70 km təşkil edən Laçın şəhərinin daxili yollarının yenidənqurulması mərkəzi küçələrin və məhəllə daxili yolların bərpasından ibarətdir. Küçə və məhəllə daxili yolların eni 4-11 metr arası dəyişir.

Yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması planlaşdırılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi