hia.az
hia.az

Tarixdə ilk dəfə hakerlər üçün qaydalar hazırlandı - SİYAHI

87 dəfə baxılıb 5-10-2023, 06:21

Tarixdə ilk dəfə hakerlər üçün qaydalar hazırlandı - SİYAHI


Beynəlxalq Qızıl Xaç Komitəsi tarixdə ilk dəfə hakerlər üçün müharibə qaydalarını dərc edib.

Ümumilikdə siyahıya səkkiz maddə daxil edilib.

Təşkilatın nümayəndələri ilk növbədə hakerlərdən mülki hədəflərə hücum etməməyi istəyir.

İkincisi, kompüterlər arasında avtomatik yayılan zərərli proqramlardan istifadə etməməyi xahiş edirlər.

Üçüncü qaydada deyilir ki, hakerlər hərbi hədəflərə hücum planlaşdırarkən mülki şəxslərə dəyən zərəri minimuma endirmək üçün mümkün olan hər şeyi etməlidirlər.
Dördüncü qayda tibb və humanitar müəssisələrə, beşincisi isə, əhalinin yaşaması üçün zəruri olan, yaxud təhlükə yaradan obyektlərə hücumu (bunlara, xüsusən də atom elektrik stansiyaları daxildir) qadağan edir.

“Mülki əhali arasında zorakılıq təhdidi etməyin, onları qorxutmayın. Beynəlxalq humanitar hüququn pozulmasına çağırmayın. Düşmən onlara əməl etməsə belə, bu qaydalara əməl edin”, - deyə qaydalarda vurğulanıb.

Mənbə: News.ru


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi