hia.az
hia.az

Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma festivalı keçiriləcək - FOTO

104 dəfə baxılıb 3-10-2023, 13:07

Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma festivalı keçiriləcək - FOTO


Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma festivalı keçiriləcək.

Bu barədə Azərbaycan Alpinizm Federasiyasından məlumat verilib.

Bildirilib ki, festivalda iştirak etmək üçün 100-dən artıq idmançı qeydiyyatdan keçib.

Ölkəmizin müxtəlif bölgələrindən, o cümlədən xarici ölkələrdən olan idmançıların iştirak edəcəyi festival kişilər və qadınlar arasında 2 növ - boulderinq və çətinlik mərhələsi üzrə keçiriləcək.

Qayayadırmanma üzrə açıq festivalın keçiriləcəyi ərazidə xaricdən dəvət olunan mütəxəssis tərəfindən artıq müxtəlif mürəkkəblik dərəcəsi üzrə 40 marşrut hazırlanıb.
Qayayadırmanma festivalının keçirilməsində məqsəd bu idman növünü inkişaf etdirmək, yeniyetmə və gəncləri bu idman növü ilə məşğul olmağa həvəsləndirmək, onların yarış texnikalarının təkmilləşməsinə kömək etmək və gələcəkdə beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edə biləcək idmançılar yetişdirməkdən ibarətdir.

Xatırladaq ki, Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən qayayadırmanma üzrə açıq festival 7-8 oktyabr 2023-cü il tarixlərində Abşeron yarımadasında yerləşən Korgöz massivində keçiriləcək.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi