hia.az
hia.az

Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu - Foto

92 dəfə baxılıb 28-09-2023, 07:20

Ailə başçısı cəbhədə sağ qaldı, 5 üzvü evdə şəhid oldu - Foto


Müharibədə təkcə hərbçilər deyil, mülki şəxslər də həlak olurlar. Vətən müharibəsində də 94 dinc şəxs erməni təcavüzü nəticəsində şəhid olub.

Müharibənin ilk günü bir ailənin 5 üzvü Ermənistan silahlı birləşmələrinin qurbanı olub.

Belə ki, dinc Azərbaycan əhalisini hədəfə alan erməni silahlılar növbəti dəfə toplarla Naftalan şəhəri, Qaşaltı kəndini atəşə tutublar. Nəticədə həmin kəndin sakinləri Qurbanov Elbrus (baba), həyat yoldaşı Qurbanova Şəfayət (nənə), gəlini Əmirova Afaq (Şəhriyarın anası) və nəvələri 14 yaşlı Qurbanova Fidan və 13 yaşlı Qurbanov Şəhriyar həlak olublar.

Ailənin başçısı isə hərbçi olduğu üçün həmin an cəbhədə döyüşlərdə iştirak etdiyinə görə sağ qalıb.



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi