hia.az
hia.az

Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib - TƏFƏRRÜAT

154 dəfə baxılıb 25-06-2022, 14:00

Ermənistanda polis qanunsuzluqdan şikayət edən çinli qadına təcavüz edib - TƏFƏRRÜAT


Ermənistana turist kimi gələn çinli Lei Manna İrəvanda polis əməkdaşı tərəfindən cinsi təcavüzə məruz qaldığını bildirib.

Parlamentinsesi.az xəbər verir ki, bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Çin vətəndaşı bildirib ki, polis əməkdaşı ona qarşı əxlaqsız hərəkətlər edib. Hadisə iyunun 2-də baş verib. Belə ki, həmin gün qaldığı otel kirayə üçün verdiyi artıq pulun qalığını qadına qaytarmayıb. Lei Manna bu səbəbdən polisə müraciət edib. Polis əməkdaşları gələndə o, otelin xaricində dayanıb. Onlardan biri turistə qarşı əxlaqsız hərəkətlər edib.
Çin vətəndaşı avtomobilə əyləşəndə polis əməkdaşı digər iş yoldaşlarının və tərcüməçinin yanında ona qarşı növbəti dəfə əxlaqsız davranış sərgiləyib.

Cinsi təcavüzə məruz qalan Lei Manna hadisə ilə bağlı polisə məlumat verəndə hüquq-mühafizə orqanları hadisədə "cinayət tərkibi" olmadığını iddia edərək, onun şikayətini qəbul etməkdən imtina ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi