hia.az

Zelenski Davosda çıxış edəcək

342 dəfə baxılıb 14-05-2022, 14:00

Zelenski Davosda çıxış edəcək


Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə Davosda Dünya İqtisadi Forumunun açılışında çıxış edəcək.

"Bloomberg" xəbər verir ki, bunu Forumun spikeri Yann Tsolf bildirib.

"Hazırda dünya tarixi dönüş nöqtəsindədir və bu, bizdən mövcud geoiqtisadi və geosiyasi problemləri dərhal və tez həll etməyi tələb edir. Bu, Ukraynanın yüksək rütbəli nümayəndələri ilə birlikdə hökumətdə, biznesdə və cəmiyyətdə vəziyyətin inkişafını müzakirə etmək üçün vacib məqam olacaq", - deyə Y.Tsolf bildirib.

Spiker vurğulayıb ki, Ukraynadakı inkişaf "qlobal birlik olaraq hamımıza" təsir edəcək.

Qeyd edək ki, Volodimir Zelenski mayın 23-də Forumun açılışında videoformatda çıxış edəcək.

Dünya İqtisadi Forumunun illik toplantısı mayın 22-26-da İsveçrənin Davos şəhərində keçiriləcək.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi