hia.az

Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib

76 dəfə baxılıb 9-09-2026, 17:10

Merts Trampla planlaşdırılmış telefon danışığını ləğv edib

Almaniya kansleri Fridrix Merts ABŞ Prezidenti Donald Trampla bu günə planlaşdırılmış telefon danışığını ləğv edib.

Qərar Trampın regional seçkilərdə ultra sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyasının uğurunu açıq şəkildə alqışlamasından bir neçə saat sonra qəbul edilib.

Mertsin nümayəndəsi telefon danışığının ləğv səbəbini açıqlamaqdan imtina etsə də, bunun kanslerin iş qrafikindəki dəyişikliklərlə bağlı olmadığını vurğulayıb.

AFP-nin məlumatına görə, Mertsin mətbuat katibi də Trampın bəyanatlarını birbaşa şərh etməyib və danışığın ləğvi ilə ABŞ Prezidentinin açıqlamaları arasında mümkün əlaqənin olub-olmaması barədə suala cavab verməkdən imtina edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi